F'Rhyme - Absurd Lyrics
  • #
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • Send a Lyrics

    Absurd

    ["Absurd" üçün mahnı sözləri]

    Mamaça dalıma şapalaq vurandan bəri bu dünyada xoş rəftar axtarmıram
    Sizə kim demişdi doğulmağa razıyam?
    Anusdan fanusa keçid edib burda çerez oksigen boğulmağa razıyammı?
    Yox!
    Bu da distopyamın ilk ədalətsizliyi
    Məni qarabaqara izləyir
    Buranın polisi sivili döyür
    Buranın ofisi işçisin sömürür ömrün
    Yəni tək siqaret öldürmür
    Hər şey öldürür, elə yaşamaq da
    Baş ağardır daş hasarlar aşanacan
    Qaçacaqsan, amma fiziki yox əqli
    Heç disiplin yox fərli, bir işimiz yox bəlli
    Qızıl dişimiz yox, kəlbətinlə çəkib əridib sataq
    Gecəni qurtaraq
    Brutal hamı hamı düşüb ruhdan a!
    Sanki ömürlük həbs, bu dõzümsüz nə pis
    Metal baxışlar gözüvüzdə gizli
    Əminsiz ki özüvüzdəsiz
    Dünyaya göz açmaq çox səliqəli səslənir
    Bunları doğub dölləyiblər
    Burdakı qaniçən canilər, sorry mama, amma kriminal demirlər
    Çün analarını morfinə pul vermədiyi üçün boğub öldürüblər
    Çiyinlərinə hər poxu götürüblər, çün öyrəniblər, törəniblər qohum evliliyindən
    Burda toxu yedirirlər, aclarsa ac olaraq davam edir sağ cinahda sancılarla
    Burda kostyumlu işçilər yox, uşaqlar yığır iyləməkçün qaz pulu
    Hər şey nataraz qurulub
    Və uşaqların ciyərlərində zəlzələ
    Və itər qəfildən mənzərə, bu digərlərinə bənzəməz
    Burdan getməmişəm, qaçmışam
    Bir xeyli uzaqlaşmışam, azmışam xülyalarda
    Mənim öz dünyam var
    “Mənim öz dünyam var” cümləsi qədər absurd

      Comments

    There is no comment.
    Leave a Comment
    *Your comment will be published after approval.