F'Rhyme - Hər Çiynin Öz İstifadə Müddəti Var Lyrics

Hər Çiynin Öz İstifadə Müddəti Var Lyrics

F'Rhyme
  • #
  • A
  • B
  • C
  • D
  • E
  • F
  • G
  • H
  • I
  • J
  • K
  • L
  • M
  • N
  • O
  • P
  • Q
  • R
  • S
  • T
  • U
  • V
  • W
  • X
  • Y
  • Z
  • Send a Lyrics

    Hər Çiynin Öz İstifadə Müddəti Var

    [Nəqərat]
    Narazı olduğundan xeyli razısan
    Baby, yazıqsan sənə demiyiblərmi
    Hər çiynin öz yük daşıma müddəti var?
    Hər çiynin öz yük daşıma müddəti var?

    Narazı olduğundan xeyli razısan
    Baby, yazıqsan sənə demiyiblərmi
    Hər çiynin öz yük daşıma müddəti var?
    Hər çiynin öz yük daşıma müddəti var?

    [Bənd 1]
    Bir az nəfəsi dər, əbəs illər və fəsillər əvəzində
    Partlamağa hazır bir civəsən
    “Əzilmək necə hissdir?” soruşsam, yəqin incimərsən
    Özünü rədd et, ya sev
    Solmuş oboy, köhnə videomaqnitofon
    Qutularla porno kaset
    Əlində resept, dərmanlar desert, tabutun rezerv
    Həyatı tez etməlisən reset

    Buranın günəşi özünü yandırıb, ulduzlar parlamır
    Əldə qalan puzzle heç nəyi tamamlamır, tam anlamırsan
    Çox davamlı bir hal alıb
    Bu, göydələnlər daxilində öyrənilmiş çarəsizlik
    Böyüdüm buranın havasın udub
    İndisə, elə bil içimdəki skeytir qaqaşı kamaz vurub
    Güc ver inadla, üç ver, bir al
    Tanrıyla sövdələşmə daxilində öyrənilmiş çarəsizlik
    Ətrafda insan əti yeyən veqanlar bərkiyib gövdən metaldan
    Hardaydı səhvin, get, axtar tap, görmək isdəmədiyin detallardasan
    Taraz dayanmaz, əgər o başın heç hallanmasa
    Bivec adamlarla dolu bu şəhərə uyğunam
    Bir qurğuya bənzərik
    Orqanik bədənlərdə mexanik duyğularla
    Hər nədənsə hər nəfəsdə ət qəfəslər daxilində öyrənilmiş çarəsizlik

    [Nəqərat]
    Narazı olduğundan xeyli razısan
    Baby, yazıqsan sənə demiyiblərmi
    Hər çiynin öz yük daşıma müddəti var?
    Hər çiynin öz yük daşıma müddəti var?

    Narazı olduğundan xeyli razısan
    Baby, yazıqsan sənə demiyiblərmi
    Hər çiynin öz yük daşıma müddəti var?
    Hər çiynin öz yük daşıma müddəti var?

      Comments

    There is no comment.
    Leave a Comment
    *Your comment will be published after approval.